“Qəbələ”nin prezidenti aktiv şəkildə döyüşlərdə iştirak edir

3 Noyabr 2020 10:40 Qəbələ 1 267
“Qəbələ”nin prezidenti aktiv şəkildə döyüşlərdə iştirak edir

Şanlı Azərbaycan ordusunun Qarabağdan erməniləri təmizləmə prosesi davam edir.

Artıq dörd şəhərimiz - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və bu ratonların bir çox kəndi düşmən işğalından azad olunub.

Rəşadətli ordumuzun hədəfi bütün Qarabağı yenidən qaytarmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdi. Döyüşlər başlayandan bir çox tanınmışlar hərbi xidmətə yollanıb.

Onlar arasında tanınmış simalar, idmançılar, futbolçular, fanatlar da var. Bəziləri hətta ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçiblər. “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov da cəbhəyə gedənlərdəndi.

O, karate üzrə dəfələrlə dünya və Avropa çempionu olub. Bölgə təmsilçisinin rəhbəri hazırda Qarabağda gedən müharibənin iştirakçılarındandı. Nəcəfov Vətən Müharibəsi başlayandan zabit kimi ön cəbhədə vuruşur.

Qarabağa gedərkən yaxın ətrafına dönə-dönə tapşırıb ki, bundan heç kimin xəbəri olmasın. Mətbuatın bu məsələdən xəbərdar olmasını istəməyib.

Bunun sosial şəbəkələrdə yayılmasının əleyhinə olub. Bir sözlə, mənəvi borcunu şouya çevirmək niyyətindən uzaq olub.

Fariz Nəcəfovun vətənpərvərliyə şübhə etmirik. O bunu təkcə sözdə yox, əməldə də göstərir. Vəzifə borcunu yerinə yetirməyini şouya çevirməyən, manşetlərdə görünməyin əleyhinə olan “Qəbələ”nin prezidenti ən xoş sözlərə layiqdir.

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin lideri Cavid Hüseynov klubun rəhbərinin ön cəbhəyə yollanması haqda bunları deyib:

"O, müharibə başlayan kimi cəbhəyə yollanıb. Özü ilə söhbət etməmişəm, amma məlumatım var. Çox dərinə getməyək, sadəcə, onu deyim ki, aktiv şəkildə döyüşlərdə iştirak edir.

Onun necə ürəyə sahib olduğunu bilirsiz. Özü də ağdamlıdır. Belə oğullar varsa, Vətənimiz heç vaxt düşmən tapdağı altında qalmaz.

Klub prezidentinin bu addımı futbolçulara necə təsir edir? Açığı, hazırda öncə Vətəndir. Düzdür, meydana çıxanda oynamaq, qələbə qazanmaq istəyirik.

Amma matçadək hamımızın fikrində yalnız Vətən olur. Hər gün, hər saat xəbər gözləyirik ki, görəsən, bu dəfə hansı şad xəbərlər olacaq. Hətta cənab

Prezident müraciət edəndə məşqin vaxtını dəyişirik. Diqqətlə Ali Baş Komandanın çıxışını izləyir, işğaldan azad olunmuş rayon və ya kəndlərin adını açıqlayanda alqışlayırıq.

Vətənin adı gələndə başqa söhbət ola bilməz. Futbol da bizim işimizdir, bunu axsatmaq olmaz. Amma əsas Vətənimizdir".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"