"İndi daha tez-tez qələbə qazanacağıq" - Elmar Baxşıyev

31 Oktyabr 2020 17:24 Qəbələ 784
"İndi daha tez-tez qələbə qazanacağıq" - Elmar Baxşıyev

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın VIII turunda "Sabah"a evdə 2:1 hesabıyla qalib gəlidkləri matçdan sonra mətbuat konfransı keçirib.

Sportimfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssis əvvəlcə cari çempionatda ilk qələbələrini dəyərləndirib: "Komandanı həm məşqlərə, həm də oyuna kökləmək çətindir. Bütün düşüncələrimiz Ordumuzla bağlıdır. Ümid edirik ki, tezliklə bütün ərazilərimizi azad edəcəyik. Oyuna gəlincə, bizə qələbə çatmırdı. Nəhayət, bu sindromu qıra bildiyimizə görə sevinirəm".

Baxşıyevin fikrincə, artıq komandaya psixoloji cəhətdən asan olacaq: “Qələbə qazana bilməməyimiz mövsümün gedişində komplektləşməyimizlə əlaqədardır. Əvvəldən də komandamdan razı idim. Hər matçda 4-5 imkan qazandıq. Bunun reallaşması "axsayırdı". İnanıram ki, indi daha tez-tez qələbə qazanacağıq".

Baş məşqçi əsas qapıçısı Anar Nəzirovun da zədəsindən danışıb: "Bunu MRT müayinəsindən sonra dəqiq biləcəyik. Qapıçılar arasında fərq qoymuram".

Digər Xəbərlər
Xəbər Lenti