“Qəbələ”nin tərəfində - FOTO

29 Oktyabr 2020 16:42 Qəbələ 356
“Qəbələ”nin tərəfində - FOTO

Bu həftə Azərbaycan Premyer Liqasında II dövrə start götürəcək. “Qəbələ” VIII turun matçını evdə keçirəcək. “Qırmızı-qaralar” öz meydanında “Sabah”la görüşəcək.

Sportinfo.az.klubun saytına istinadən xəbər verir ki, Qəbələ şəhər stadionundakı matç rəqiblərin 13-cü matçı olacaq.

İlk duelləri 2 il öncəyə təsadüf edən komandalar indiyədək 12 dəfə üz-üzə gəlib. Səkkiz dəfə Premyer Liqada, dörd dəfə Azərbaycan kubokunda görüşən rəqiblərin duellərində üstünlük “Qəbələ”nin tərəfindədir.

7 dəfə qələbə qazanan “qırmızı-qaralar” 1 oyunda heç-heçə edib və 4 matçda uduzub. Rəqib qapısından 15 top keçirən futbolçular 12 qol buraxıb.

“Qəbələ”nin bu oyunlardakı ən yaxşı bombardirlər Davit Volkovla Klesio Baukdur. Onlar hərəyə 3 qol vurublar.

Premyer Liqadakı oyunlarda bakılılar 4, qəbələlilər 3 dəfə üç xala sevinib. Bir dəfə isə sülh qeydə alınıb. Top fərqi də paytaxt təmsilçisinin xeyrinədir – 10:7.

Öz meydanında 3 qələbə və 1 heç-heçəsi olan “Qəbələ” yalnız 1 matçda məğlub olub. Komandanın ev oyunlarındakı üstünlüyü top fərqində də əksini tapıb – 8:6.

Oktyabrın 31-də keçiriləcək “Qəbələ” – “Sabah” oyunu saat 14:00-da başlayacaq.

2018/19 mövsümü

16.09.2018. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0

Marko Deviç, 23

04.11.2018. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1

Ceyms Adeniyi, 5; Stiven Monroz, 15 // Bəxtiyar Soltanov, 52

16.12.2018. Azərbaycan Kuboku. “Qəbələ” – “Sabah” – 1:0

Filip İvanoviç, 45 (ö.q.)

20.12.2018. Azərbaycan Kuboku. “Sabah” – “Qəbələ” – 0:1

Ceyms Adeniyi, 80

09.02.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1

Rauf Əliyev, 31

01.04.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 0:0

2019/20 mövsümü

14.09.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1

Roman Hüseynov, 47

03.11.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:2

Davit Volkov, 43 // Cavid İmamverdiyev, 54; Hendrik Ekşteyn, 73

15.12.2019. Azərbaycan kuboku. “Qəbələ” – “Sabah” – 3:0

Klesio Bauk, 19, 43; Ülvi İsgəndərov, 87

19.12.2019. Azərbaycan kuboku. “Sabah” – “Qəbələ” – 2:3

Bəhlul Mustafazadə, 62, 75 // Davit Volkov, 22, 23; Klesio Bauk, 65

07.02.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:2

Marko Deviç, 19; Mario Marina, 22; Ehtiram Şahverdiyev, 64 (ö.q.) // Ülvi İsgəndərov, 5; Nikolas Raysel, 90+2 (p.)

2020/21 mövsümü

13.09.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:0

Coşqun Diniyev, 17; Bəhlul Mustafazadə, 28; Ramil Şeydayev, 64

Digər Xəbərlər
Xəbər Lenti