XƏBƏRİMİZ TƏSDİQLƏNDİ - “Qəbələ” tanınmış azərbaycanlı qapıçını “rənglərinə bağladı“

4 İyun 2022 18:00 Qəbələ 1 058
XƏBƏRİMİZ TƏSDİQLƏNDİ -  “Qəbələ” tanınmış azərbaycanlı qapıçını “rənglərinə bağladı“

Sportinfo.az-ın mayın 27-də yaydığı xəbər bu gün rəsmən təsdiqlənib (https://www.sportinfo.az/idman_xeberleri/sabah/140939.html).

Bildirdiyimiz kimi, “Sabah” qapıçısı Səlahət Ağayevlə yollarını ayırıb.

Onunla mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Səlahət 2021-ci ilin iyun ayından “Sabah”da çıxış edirdi. Ona xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Səlahətin yeni iş yeri də günlər öncə yaydığımız informasiyanı doğrulayıb - o, “Qəbələ”yə keçib.

Öncə İlkin Qırtımovu sıralarına cəlb edən əyalət klubu Ağayevin də keçidini rəsmiləşdirib. 31 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Ağayev daha öncə bunadək Premyer Liqada “İnter” (2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016) və “Neftçi”nin (2017-2021) formasını geyinib.

2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən qapıçı yığmada 21 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı