Bölgə klubu qapını tanınmış simaya tapşırmaq istəyir

27 May 2022 20:00 Sabah 1 511
Bölgə klubu qapını tanınmış simaya tapşırmaq istəyir

Millinin qapıçısı Səlahət Ağayev gələn mövsümə “Qəbələ”də başlaya bilər.

3 illik fasilədən sonra avrokuboklara vəsiqə qazanan bölgə klubu onun xidmətində maraqlıdır.

Bu da başadüşüləndir. “Sabah” müqavilə ilə ona məxsus olan Nicat Mehbalıyevi geri qaytarıb, Səlahətin isə Masazır klubu ilə kontraktının bitməsinə sayılı günlər qalıb.

Düzdür, onlar da ötən ilin yayında “Neftçi”dən sıralarına qatdığı kiperlə danışıqlara başlayıb.

Görüşmələr uğurla nəticələnsə, onunla sözləşmənin müddəti 1 il uzadılacaq. Bunun üçün o, əməkhaqqısının azaldılmasına razıdır.

Ağayev «Sabah»ın ən ödənişli yerli futbolçularından biridir. Buna baxmayaraq ki, o, artıq burada əsas heyət üzvü deyil.

Murad Musayev Premyer Liqanın son turlarında “çərçivə”ni gənc Yusif İmanova tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti