Azərbaycan klubu avrokuboklara 0:7 ilə vidalaşdı

19 Oktyabr 2021 21:00 Qəbələ 392
Azərbaycan klubu avrokuboklara 0:7 ilə vidalaşdı

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının l təsnifat mərhələsində cavab oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" Niderlandda AZ komandası ilə üz-üzə gəlib.

"AZ Təlim-Məşq Mərkəzi"ində oynanılan görüş Azərbaycan təmsilçisinin 0:7 hesablı məğlubiyyəti ilə başa çatıb.

Meydan sahiblərinin heyətində qolları 4-cü və 36-cı dəqiqələrdə Nik Koster, 17-ci dəqiqədə Fedde De Yonq, 43-cü dəqiqədə Miron Van Brederode, 60-cı dəqiqədə Yurre Van Aken, 63-cü dəqiqədə Tom Kerssens və 72-ci dəqiqədə Meks Merdink vurublar.

Bununla da "Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

Qəbələdəki ilk qarşılaşmada Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti