"Qəbələ" Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində dünən "Səbail" üzərində qazandığı qələbə (1-3) ilə qış fasiləsinə yüksək əhval-ruhiyyədə yollandı.
İlin son oyununda Elmar Baxşıyev bəzi əsas oyunçuları ehtiyatda saxlamışdı.
Sahə oyunçuları ilə bağlı belə rotasiyalar normaldı. Amma komandanın əsas qapıçısı və təcrübəli üzvü olan Anar Nəzirovun ehtiyatda qalması gözlənilməz oldu.
Görəsən, bu, gənc mütəxəssisin seçimi idi, yoxsa bilmədiyimiz başqa səbəb var? Kapitan Sportinfo.az-a açıqlamasında əsl həqiqəti özü açıqlayıb:
"Oyundan 1 gün qabaq belimdə sinir ağrıları tutdu. Məşqi yarımçıq tərk etdim. Oyuna kimi də ağrılar keçmədi".
Nəzirov hazırda da ağrıların olduğunu sözlərinə əlavə edib: "Ağrılar hələ də var. Həkimlər soyuqdan olduğunu və 3-4 günə keçəcəyini dedilər".

