"Qəbələ" 15 il səbr etdi

25 Dekabr 2020 18:00 Qəbələ 826
"Qəbələ" 15 il səbr etdi

“Qəbələ” tarixində 100-cü səfər qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 13-cü turuna təsadüf edib.

2020-ci ilin son matçına çıxan “qırmızı-qaralar” “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib. 100-cü qələbə klub tarixinin 284-cü səfər oyununda qeydə alınıb.

Rəqib meydanlarında ilk qələbəsini 2005-ci ilin oktyabrında qazanan komanda 1-ci dəstənin “Viləş”lə qarşılaşmasında 3 xal əldə edib – 3:1. Ümumiyyətlə, “qırmızı-qaralar” Premyer Liqada 74, 1-ci dəstədə 9, Azərbaycan kubokunda 14, Avropa Liqasında 3 görüşdən qalib dönüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti