"Qarabağ"dan ancaq belə xal almaq olar" – SİRRİ GİZLƏTMƏDİ

22 Dekabr 2020 11:40 Qəbələ 1 126
"Qarabağ"dan ancaq belə xal almaq olar" – SİRRİ GİZLƏTMƏDİ

"Qarabağ"la oyuna çox yaxşı hazırlaşmışdıq.

İstəyimiz çox böyük idi, içimizdə nəsə bir inam vardı".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin qapıçısı Anar Nəzirov deyib.

"Qırmızı-qaralar" Premyer Liqanın 12-ci turundan təxirə salınmış matçda lideri qəbul edib - 1:1. Kapitan Ağdam təmsilçisindən xal almaqlarının səbəbini belə izah edib:

"Qarabağ"a qarşı ancaq xarakter göstərməlisən və döyüşməlisən. Bu, bizim kimi komandalara aiddir. Həqiqətən də onlar bizdən hərtərəfli olaraq bir baş üstündür. Hamımız xarakter göstərdik və bunun nəticəsində 1 xal əldə elədik".

Nəzirov ilk hissədə Uroş Matiçin penalti zərbəsinin qaytarmasının sirrini də açıqlayıb: "Matiçin əvvəlki 11 metrlik zərbələrini izləmişdim. İndiyə kimi 3 dəqiq penal vurub. Hamısını da eyni küncə vurmuşdu".

Təcrübəli kiper Rövlan Muradovun 69-cu dəqiqədə qırmızı vərəqə almasından sonra hesabı bərabərləşdirməklərində şansın da rol oynadığını bildirib:

"Qarabağ"la oyunda hər şey üst-üstə düşdü. Həm yaxşı hazırlıq keçmişdik, həm penalti qaytardım. Bunlar adamı oyundan qopmağa qoymurdu.

"Qarabağ"dan ancaq belə xal almaq olardı. Çünki hücuma çox çıxırdılar. Şans bizim tərəfdə idi. Onlar epizodları vura bilmədilər, amma biz ələ düşən ilk fürsəti qola çevirdik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti