"Nə vaxt görsəm ki, alınmır, onda karyeramı bitirəcəm"

22 Dekabr 2020 00:42 Qəbələ 1 151
"Nə vaxt görsəm ki, alınmır, onda karyeramı bitirəcəm"

“Karyeramı bitirəcəyim konkret tarix yoxdur. Amma təxmini daha nə qədər oynayacağımı bilirəm”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a “Qəbələ”nin vitse-kapitanı Asif Məmmədov deyib.

34 yaşlı yarımmüdafiəçi yaşının çox olmasına baxmayaraq, hələ karyerasını bitirəcək qədər zəifləmədiyini söyləyib:

“Əgər zədə və bu kimi ciddi problemlər olmasa, daha 2-3 il oynamağı fikirləşirəm. Hələ ki, hər şey qaydasında gedir, hansısa məqamda çatdırmadığımı, məşqlərdə yorulduğumu hiss eləmirəm.

Nə vaxt görsəm ki, alınmır, onda karyeramı bitirəcəyəm. Bu mövsümdən sonra ən azı 2 il - 2023-cü ilin yayına qədər oynamağı düşünürəm”.

Asif 2015-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyur. Məmmədov futbolçu karyerasını bitirdikdən sonra hansı işlə məşğul olacağını da müəyyənləşdirib.

O, gələcəkdə məşqçi kimi çalışmaq niyyətindədir: “Karyeramı bitirdikdən sonra da futbolda qalmaq istəyirəm. Məşqçi kimi fəaliyyət göstərməyi düşünürəm.

Düzdür, hələ oxumağa, öyrənməyə başlamamışam. Bizdə futbol oynaya-oynaya məşqçiliyi oxumağa başlayanda deyirlər ki, qocalmısan, karyeranı bitirməlisən.

Buna görə də karyeramı bitirənə yaxın məşqçilik kurslarına yazılacam”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti