"Qəbələ"nin prezidenti baş məşqçidən nə tələb etdi?

17 Dekabr 2020 11:40 Qəbələ 830
"Qəbələ"nin prezidenti baş məşqçidən nə tələb etdi?

«Qəbələ» bu mövsüm avrokuboklara vəsiqə qazanmalıdır.

Sportinfo.az-ın məlumatına görə, baş məşqçi Elmar Baxşıyevi qəbul edən klubun prezidenti Fariz Nəcəfov onun qarşısına belə bir vəzifə qoyub.

«Qırmızı-qaralar»ın bir nömrəli şəxsi ona mövcud şərtlər daxilində normal şərait yaradıldığını gənc çalışdırıcının diqqətinə çatdırıb:

«Kifayət qədər yaxşı heyətimiz var. Əgər «Sumqayıt» yerli futbolçularla Avropa Liqasına vəsiqə qazana bilirsə, biz niyə orada olmayaq? Səkkiz legionerimiz var.

Ötən mövsümü yaddan çıxaraq. Bu dəfə komanda əlindən gələni etməlidir.

Klubun gələcəyi üçün avrokuboklara vəsiqə qazanmq çox önəmlidir. Mən bu mənada əlimdən gələni edirəm. Sizlərdən də yalnız nəticə gözləyirəm».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti