"Qəbələ"nin hücumçusunun xəstəliyi ağır keçirməsinin səbəbi

8 Dekabr 2020 22:20 Qəbələ 977
"Qəbələ"nin hücumçusunun xəstəliyi ağır keçirməsinin səbəbi

«Qəbələ»nin hücumçusu Ceyms Adeniye növbəti dəfə koronavirus testi verib.

Sportinfo.az-ın məlumatına görə, komandanın digər 6 üzvündən fərqli olaraq, nigeriyalı legionerin testi yenə pozitiv çıxıb.

Bu isə o deməkdir ki, afrikalı forvard daha 7-10 gün komandadan ayrı düşəcək. Nəfəs almaqda çətinlik çəkən Ceyms hazırda həkim nəzarətindədir.

Onun bu prosesi belə ağır keçirməsinin səbəbi yanaşı xəsiəliyinin olmasıdır. Belə ki, nigeriyalı hücumçunun ciyərlərində güclü soyuqdəymənin aləmətləri aşkarlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM