AFFA "Qəbələ"yə verməyə pul tapmır – İki aylıq borc

8 Dekabr 2020 11:40 Qəbələ 787
AFFA "Qəbələ"yə verməyə pul tapmır – İki aylıq borc

AFFA «Qəbələ» qarşısında götürdüyü maliyyə öhdəliyini yerinə yetirməkdə problemlə üzləşib.

Federasiya artıq əyalət klubuna çatmalı olan vəsaiti qarşılaya bilmir.

Söhbət İcraiyyə Komitəsinin qərarı ilə «qırmızı-qaralar»a ayrılan yardım paketindən gedir. Burada illik olaraq, 1,5 milyon manat nəzərdə tutulub.

Tərəflər arasında razılaşmaya əsasən, qurum hər ay «Qəbələ»nin hesabına 150 min manat köçürməlidir. Gəl ki, SOCAR-da maliyyə yoxlamasının başlaması səbəbindən, arada 3 aya yaxındır fasilə yaranıb.

AFFA son olaraq söz verib ki, problemin həllinə çalışır və borcunun hamısını bir yerdə bağlayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM