"Hər tur bütün komandalarda yoluxma var. Bircə bizdə olmadı.
Bu tur "Qarabağ"la oynayacaqdıq. Testin cavabı hamıda neqativ çıxmışdı. Amma bütün komandalarda yoluxma var.
Hamı bundan şikayətlənir. Kim xal itirirsə, deyir oyunçum yoxdur. Bu baxımdan bir qədər çətinlik var. Belə olan halda Premyer Liqa dayandırılsa yaxşıdır".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin lideri Cavid Hüseynov deyib.
Təcrübəli yarımmüdafiəçi düşünür ki, "Qarabağ"la oyunun təxirə salınması "Qəbələ" üçün heç də yaxşı qərar olmayıb: "Bizim üçün davam etməsi uğurlu idi.
Son tur qələbə qazanmışdıq. Oyunumuzu tutmuşduq. Hiss edirdik ki, yaxşı nəticələrin davamı gəlir. Belə məqamda "Qarabağ"la oyun təxirə salındı. İstəməzdik belə olsun".
Hüseynov kütləvi yoluxmanın millinin toplanışından sonra olmasının milli ilə əlaqəli olmadığını düşünür: "Mən kütləvi yoluxmanın milliyə görə olduğunu düşünmürəm.
İlk olaraq səhv etmirəmsə, yoluxma "Səbail"də olmuşdu. Sonra digər komandalarda da bu hal yaşanmağa başladı. Bizdə də yoluxma oldu. Bu turdan qabaq bizdə elə futbolçular vardı ki, 12-14 gün məşqə gəlmədilər. Belə uşaqlar vardı".
Kapitan özündən çox ailəsi üçün narahat olduğunu bildirib: "Komanda da bir neçə nəfər tutanda adam özünü bir qədər narahat hiss edirdi.
İnsan evə gəlib-gedir. Özümdən də yox, ailədən çox narahat oluram. Onlar çətinlik çəkə bilərlər.
Hamı başa düşür ki, sağlamlığın yerindədirsə, bu sənin üçün adi bir qripdir. Əsas şəkər xəstəliyi olanlar bu virusa qalib gələ bilmir. Hələki bizdə yan keçib".

