Qurban Qurbanov: "Məni narahat edən UEFA-nın..."

15 Sentyabr 2020 14:22 Qarabağ 1 107
Qurban Qurbanov: "Məni narahat edən UEFA-nın..."

"Məni narahat edən UEFA-nın qərarı gec bildirməsidir.

Püşkdən sonra desəydilər ki, görüş neytral meydanda olacaq, bizə daha rahat olardı".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəkləri oyun öncəsi jurnalistlərə açıqlamasında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, matça bir həftə qalmış oyunun Kiprin Larnada şəhərinə salınması narahatlıq yaradıb: "Hər bir halda bütün qaydaları tətbiq edən UEFA-dır. Biz də bu qərara hörmət etməliyik".

Təcrübəli baş məşqçi zədəli Mahir Emrelinin görüşdə iştirakının sual altında olduğunu sözlərinə əlavə edib. O, bəzi oyunçuların da yüngül zədələrinin olduğunu vurğulayıb:

"Çətinliklərə baxmayaraq rəqibi yetərincə analiz etmişik və matça ümidlə yollanırıq. "Molde" nizam-intizamlı komandadır, fərqli sistemdə oynayırlar. Bu turnirə çox ciddi hazırlaşdıqları görünür. Belə komandalara qarşı oynamışıq. İnanıram ki, düzgün oyun qura biləcəyik".

Sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”