"Qarabağ"sız xarabalığa çevrilən stadion VİDEO+ FOTOLAR

29 May 2020 10:52 Qarabağ 1 262
"Qarabağ"sız xarabalığa çevrilən stadion VİDEO+ FOTOLAR

Ağdam - Quzanlı Olimpiya Komleksinin stadionu.

Bu ad Ağdam camaatı, "Qarabağ" sevərlər və "Qarabağ" üçün çox tanış məkandır. Amma indi tanınmaz hala düşüb ...

Bir vaxtlar "Qarabağ"ın bu arenada meydana çıxması, cəbhə xətti sayılan zonada böyük qələbəlik ruhiyyəsi yaradırdı. Tribunalarda boş yer tapmaq mümkünsüz olurdu. "Qarabağ" müstəqillik tarixində ən böyük dəstəyi də elə Quzanlıdakı oyunlarında görüb.

Olub, görüb v.s! Bütün bunlar hamısı keçmiş zamanda baş verib. Artıq adıçəkilən arenadan cəhənnəm qoxusu gəlir. "Qarabağ"sız qalan stadion xarabalığa çevrilib. Sükuta qərq olan tribunalar, məhv olan oyun sahəsi və yiyəsiz qalan baza. Buna cəhənnəmdən başqa ad vermək mümkün deyil.

Stadion kimi, Ağdam camaatı da xeyli vaxtdı "Qarabağ" həsrəti çəkir. Komanda uzun müddətdi Ağdamdan ayrı düşüb. Deyilənlərə görə sonuncu ayrılığa yerli İcra Hakimiyyəti səbəb olub. Belə ki, "Qarabağ" rəhbərliyi ilə arada yaranan narazılıqlar sonda "Qarabağ"ın Quzanlıdan uzaqlaşmasına gətirib çıxarıb.

Amma, deyəsən, böyük ayrılıq sona çatmaq üzrədi. Çünki yeni İcra Başçısı Vaqif Həsənovun gəlişindən sonra, "Qarabağ" rəhbərliyi ilə yaxşı münasibətlər yaranıb. Və bu xoşbəxt sonluqdan xəbər verir. Ümid edək ki, rəsmilər arasındakı xoş münasibət "Qarabağ"ı Ağdama, yerli camaatı isə tribunalara qaytaracaq ...

Amma bunun üçün ilk növbədə bərbad gündə olan stadionun "Qarabağ"a layiq şəkildə bərpasına ehtiyac var.

Sportinfo.az adıçəkilən arenanın son durumunu özündə əks etdirən fotolar və videonu sizə təqdim edir.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti