"Qarabağ"ın braziliyalı qapıçısı Vaqner da Silva Sportinfo.az-a müsahibə verib
- Futbola sevgin necə yarandı?
- Doğulandan futbol mənim mahiyyətimin bir hissəsi olub. Mən ilk xatirələrimdən futbolu sevmişəm. Həyətimizdə futbol oynayaraq böyümüşəm. 6 yaşımda 33 topum vardı. Çunki bu tək sevdiyim iş idi
- Futbola həyatına necə başladın?
- 6 yaşımda öz şəhərimizdə məşqə başladım. 12 yaşımda evdən çıxdım və Braziliyanın ən böyük komandalarından biri olan "Atletico Paranense"də oynamaq üçün Kuritibaya köçdüm.
- Əgər futbolçu olmasaydın, hansı peşəni seçərdin?
- Gənc vaxtları biznes sahəsində çox inkişaf etmişdim. Bu, futboldan başqa ən çox sevdiyim sahədir.
- Futbolçular adətən kasıb ailələrdən çıxır. Bəs sənin ailən?
- Mən kasıb ailədən deyildim. Məktəbdə oxuyanda atam hər şeyini itirdi. Artıq 17 yaşımda ailəm üçün əsas təminatçı mən idim.
- Uşaqlıqda idealınız kim idi?
- Braziliyadan olan məşhur qapıçı Rojerio Seni
- Mətbəximizi bəyənirsən?
- Çox sevirəm! Ən çox bəyəndiyim şeylər: pomidor ilə yumurta, qoz-fındıq ilə toyuq və nar ilə quzu ətidir. Qaymaq və bal ilə bir sos var, onu da sevirəm
- Bunlar Braziliya mətbəxini sənə unutdururmu?
- Əslində fərqli mətbəxləri sınamağı sevirəm. Braziliya yeməkləri istəyəndə həyat yoldaşım evdə hazırlayır.
- Ölkəmizdə ən çox nəyi sevirsən?
- Yalnız bir şey demək çətindir, amma burada inanılmaz və həqiqi insanlarla tanış oldum
- Daha çox İslam ənənələrinə sahib bir ölkədə yaşamaq necədir?
- Məni burada çox yaxşı qarşıladılar. Bütün mədəniyyətlərə və dinlərə hörmət edirəm və yaşadığım yerdən bunları öyrənməyə çalışıram.
- Burada İslam dinini daha yaxından tanıya bildinmi?
- Bəli, əlbəttə.
- Müsbət və ya mənfi?
- Əlbəttə, fikirlərim müsbətdir
- Pulunuzun çox hissəsini nəyə xərcləyirsiniz?
- Qızlarım məktəbinə
- Allah qorusun!
- Çox sağ olun
- Yerli futbolçulardan ən yaxın dostun kimdir?
- Bütün oyunçularla bir araya gəlirəm. Bilirəm ki, futbolda bu çox çətindir, çünki çoxları insanın statusu ilə maraqlanır. Ancaq insanları insan kimi görürəm, nəinki oyunçu. Buna görə hamısına bərabər hörmət edirəm.
- Yerli oyunçulardan ən istedadlısı kimdir?
- Onların hər birinin klubda dəyərləri və fərqli xüsusiyyətləri var. Buna görə mənim üçün yalnız birini söyləmək mümkün deyil
- Bəs digər klublarda çıxış edən yerlilərdən?
- Düzünü desəm, klublara bir qrup kimi baxıram və buna görə, kimisə ayrıca deməyim çətindir
- "Qarabağ" sizə nə verdi?
- Dostlar, fərqli bir mədəniyyət və fərqli bir şəkildə futbolu görmək şansı. Düşünürəm ki, həyatda olduğu kimi, futbolda da həmişə yaxşı və pis təcrübələrdən dərs almalıyıq.
- "Qarabağ"ı fərqləndirən nələrdi?
- Fantastik sistemə sahibdir. Müqavilə əsasında danışılmış bütün razılaşmalara əməl edirlər. Rəhbərlər daim sözlərini tuturlar. Mən bunu çox təqdir edirəm.
- Qurban Qurbanov adı sizə nə deyir?
- O bizim məşqçimizdir. Ona hörmət edirəm. "Qarabağ"da gözəl bir hekayəsi var. Ümid edirəm ki, bundan sonra da uğurlu olacaq.
- Bəs "İmarət"?
- Azarkeşlərin dəstəyini hiss etmək həmişə yaxşıdır. Onlar əladır!
- Hansı sual xoşunuza gəldi?
- Fərqləndirməzdim. Hamısı möhtəşəm suallar idi.
Xanoğlan İmanov