“Neftçi”ni məyus etmək, yoxsa… - İKİ SEÇİM

2 Aprel 2020 09:14 Qarabağ 826
“Neftçi”ni məyus etmək, yoxsa… - İKİ SEÇİM

“Bu məsələlərdə şəxsi prinsiplərimizi ölkə və millət prinsiplərindən üstün tutmamışam“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ“ın yarımmüdafiəçisi Qara Qarayevə məxsusdur.

O, “Neftçi” ilə Azərbaycan Premyer Liqası matçında Dani Kintanaya, yoxsa Şimali İrlandiya “Linfild”i ilə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Abdullah Zubirə verdiyi ötürmə daha yaxşı alındı” sualına belə cavab verib:

“Düşünürəm ki, “Linfild”lə oyundakı ötürmə millətim və futbol adına çox iş gördü və komandamıza nəticə qazandırdı. Avropa Liqasında qrupa düşməyimizi təmin etdi.

Ölkə çempionatında “Neftçi” ilə qarşılaşmada verdiyim ötürmənin dəyəri yüksəkdir. Beynəlxalq arenada Zubirə verdiyim ötürmə isə daha əla idi”.

Digər Xəbərlər
Xəbər Lenti