Biri "Neftçi"dir… - FOTO

2 Mart 2020 14:22 Qarabağ 524
Biri "Neftçi"dir… - FOTO

Azərbaycan Premyer Liqasının XIX turunda baş tutan 4 oyundan üçündə heç-heçə qeydə alınıb.

“Qarabağ” – “Sabah” matçı 0:0, “Neftçi” – “Səbail” qarşılaşması 1:1, “Sumqayıt” – “Keşlə” görüşü isə 2:2 hesabı ilə başa çatıb. Yalnız “Zirə” – “Qəbələ” oyununda (1:2) qalib müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bununla da cari mövsümün heç-heçə rekordu təkrarlanıb. X turda da eyni sayda bərabərlik yaşanmışdı.

Ölkə çempionatlarının indiki formatda – 8 komanda ilə 4 dövrədə keçirildiyi müddətdə 7-ci dəfə belə hadisə qeydə alınır. 2016/17 mövsümündən başlayaraq bunadək 6 turda heç-heçə rekordu qeydə alınmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!