“Qarabağ”ı yıxan o səhv... Polşadan VİDEOREPORTAJ

11:00 Qarabağ 235
“Qarabağ”ı yıxan o səhv... Polşadan VİDEOREPORTAJ

"Qarabağ" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə ilk oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, Polşanın Lublin şəhərindəki "Lublin Arena"da keçirilən görüşü danimarkalı hakimlər briqadası idarə edib.

Oyun "Dinamo"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Dinamo" 2025/26 mövsümündə Ukrayna kubokunun qalibi olub. Həm onlar, həm də "Qarabağ" Avropa Liqasının 2-ci mərhələsində uduzaraq Konfrans Liqasına düşüblər.

Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bakıda olacaq. Cütün qalibi pley-offda “Tvente” (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.

"Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" (Azərbaycan) 1:0

Qol: Matvey Ponomarenko, 10

Digər Xəbərlər
Xəbər Lenti