Elvin Cəfərquliyev zədə aldı, gözləri doldu - VİDEO

07:30 Qarabağ 104
Elvin Cəfərquliyev zədə aldı, gözləri doldu - VİDEO

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev zədələnib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Konfrans Liqasının III təsnifat mərhələsində səfərdə Ukrayna təmsilçisi “Dinamo” (Kiyev) ilə keçirilən oyunun 75-ci dəqiqəsində zədələnib.

Rəqiblə mübarizə zamanı yerə yıxılan və ayağından zərbə alan Cəfərquliyev görüşü davam etdirə bilməyib. Onu Bruno Lanqa əvəzləyib.

“Dinamo” (Kiyev) - “Qarabağ” qarşılaşması rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Avqust 17:30 Çək və bizə göndər!