“Qarabağ”ın müdafiəçisi “Dinamo”nun adını eşidib nələri etiraf etdi?

20:40 Qarabağ 129
“Qarabağ”ın müdafiəçisi “Dinamo”nun adını eşidib nələri etiraf etdi?

Avropa Liqası ilə vidalaşan “Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək.

2-ci təsnifat mərhələsində Sofiya ÇSKA-sına penaltilər seriyasında uduzan təmsilçimizin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi Kiyev “Dinamo”sudur.

Sözsüz, rəqibin adı “köhlən atlar”ın daha ciddi sınaqla üz-üzə qalmasından xəbər verir. Lakin dövrlər arasında müqayisə aparsaq, hazırkı “Dinamo”nun əvvəlki illərdən fərqləndiyini əminliklə deyə bilərik.

“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi qarşıdakı oyunlar barədə fikirlərini səsləndirib:

“İndi eşitdim ki, Ukrayna komandası ilə oynayacağıq. Hələlik “Dinamo” haqda heç bir məlumatım yoxdur.

Oyunlarını birlikdə izləyəcəyik və necə komanda olduqlarını yaxından təhlil edəcəyik. Hazırda onların nə dərəcədə güclü olması barədə söz deyə bilmərəm.

Bundan sonra bütün diqqətimizi “Dinamo” ilə matçlara yönəldəcəyik. Rəqibə böyük hörmətlə yanaşaraq deməliyəm ki, məqsədimiz mərhələni keçib pley-offa yüksəlməkdir.

Əlbəttə, komanda olaraq buna inanırıq və hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

“Qarabağ”la “Dinamo” arasındakı ilk qarşılaşma avqustun 6-da Polşanın Lublin şəhərində, cavab görüşü avqustun 13-də Bakıda baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti