Azərbaycan komandası cəmi 20 futbolçu sifariş etdi - "Dinamo" ilə oyunlar üçün

17:20 Qarabağ 182
Azərbaycan komandası cəmi 20 futbolçu sifariş etdi - "Dinamo" ilə oyunlar üçün

"Qarabağ"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində Ukrayna təmsilçisi "Dinamo”ya (Kiyev) qarşı keçiriləcək oyun üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun heyətində cəmi 20 oyunçu yer alıb.

Zədə səbəbindən 8 həftə oynaya bilməyəcək Zakariya Savo heyətdən kənarda qalıb.

Həmçinin heyətdə əvvəllər Avropa Liqasının seçmə mərhələ oyunları üçün heyətə daxil edilmiş "Qarabağ"ın gənc akademiya oyunçuları da yer almayıb.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Martin Zlomişliç, Mateuş Koxalski

Müdafiəçilər: Mateus Silva, Bense Varkonyi, Bruno Lanqa, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Bədəvi Hüseynov;

Yarımmüdafiəçilər: Marko Yankoviç, Coni Montiel, Kadi, Cebrail Makretskis, Pedro Bikalyo, Samuel Lobato

Hücumçular: Jali Mouaddib, Abdullah Zubir, Aleksey Kaşuk, Musa Qurbanlı, Renaldo Sefas

"Qarabağ"ın "Dinamo" ilə ilk oyunu avqustun 6-da Polşanın "Arena Lublin" stadionunda, cavab oyunu isə avqustun 13-də Tofiq Bəhramov stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti