"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" (Kiyev) ilə səfər oyununda hücumda kimi oynadacağında dair sualı cavablandırıb.
Sportinfo.az xəbər verir ki, o, bu barədə danışıb.
- Zakaria Savonun yoxluğunda mərkəz hücumçusu kimi Renaldo Sefası görə bilərik?
- Hansısa dəyişikliklər olacaq. O da variantlardan biridir. Amma ola bilər ki, bu oyun olsun, ya da başqa matçda. Hələ tam qəti qərar verməmişik ki, orada Sefas oynayacaq, ya başqası.
"Qarabağ"ın yeni hücumçusu Zakaria Savo zədələndiyi üçün 8 həftəlik sıradan çıxıb.
"Dinamo" - "Qarabağ" matçı avqustun 6-da Polşada keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
