“Qarabağ” Braziliyanın məşhur klubunun müdafiəçisini niyə TRANSFER ETMƏYİB?

16:00 Qarabağ 360
“Qarabağ” Braziliyanın məşhur klubunun müdafiəçisini niyə TRANSFER ETMƏYİB?

Lukas Barros «Qarabağ»ın transfer gündəmində yer alıb.

Ağdam təmsilçisi braziliyalı müdafiəçi ilə maraqlanıb, fəqət, tərəflər arasında danışıqlar rəsmi müstəviyə keçməyib.

«Köhlən atlar» 26 yaşlı «sambaçı»nın qiymətini özü üçün uyğun bilmədiyi üçün «Botafoqo»nun yetirməsinin transferindən vaz keçib.

Cənubi amerikalı legioner 2024-cü ildən bəri «Voyvodino»nun formasını geyinir. Serbiya klubu Barrosa 400 min avro qiymət qoyub. Daha öncə

Portuqaliyada «Kovilha» və «Jil Visente»nin şərəfini qorumuş cinah oyunçusu 2027-ci ilin yayınadək onlara məxsusdur.

«Qarabağ» onun əvəzində Jeremi Qnalini sıralarına qatıb. AEK-dən (Larnaka) gələn fransalı ilə 2,5 illik müqavilə imzalanıb.

“Mets”in yetirməsi olan 23 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.

AEK-a 2024-cü ilin avqustunda üz tutmuş Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti