Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Şamaxı” matçında (3:1) maraqlı hadisə yaşanıb.
Sportinfo.az xəbər verir ki, oyunun gedişində Ağdam klubunun yeniyetmə azarkeşi meydançaya daxil olub.
O, “Qarabağ”ın kapitanı Zubirlə foto çəkdirmək istəyib.
Fransalı vinger onun arzusunu reallaşdırmaq üçün şərait yaradıb. Sonra azarkeş meydançanı tərk edib.

