Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə 1 matç keçirilib.
"Qarabağ" evdə "Şamaxı"nı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında ilk oyunda "Şamaxı" 2:1 hesablı qələbə qazanıb.
Cavab görüşündə hesab 3:1 "Qarabağ"ın xeyrinə olarkən "Şamaxı"nın oyunu ən azı əlavə vaxta aparmaq üçün yüzfaizli imkanı qazanıb. Amma onlar qazandığı penaltini 90+8-ci dəqiqədə dəqiq yerinə yetirə bilməyiblər.
Bu nəticədən sonra "Qarabağ" yarımfinalda “Qəbələ” - “Sabah” cütünün üstün tərəfi ilə qarşılaşacaq.
1/4 final mərhələsinə martın 5-də yekun vurulacaq. Ötən gün "Sumqayıt"ı 2:0 hesabı ilə üstələyən (ilk oyun - 0:0) "Zirə" komandası yarımfinalda iştirakını təmin edib.
19:00. "Qarabağ" – "Şamaxı" 3:1
Qollar: Emmanuel Addai 6, 62, Leandro Andrade 63 // Karim Rossi 31
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Zöhrab Abbasov, Rəşad Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:2
"Qarabağ": 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 9. Xoni Montiel, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.
"Şamaxı": 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov, 10. Andrey Tirkovyanu, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

