"Qarabağ"ın amerikanlılara satdığı hücumçu ilə bağlı YENİ QƏRAR verildi

15:00 Qarabağ 498
"Qarabağ"ın amerikanlılara satdığı hücumçu ilə bağlı YENİ QƏRAR verildi

"Qarabağ"ın “Kolumbus Kru”ya satdığı Nəriman Axundzadədən yeni xəbər var.

ABŞ klubu azərbaycanlı hücumçu ilə bağlı qərarını dəyişib.

MLS təmsilçisi 21 yaşlı forvardı birbaşa əsas komandaya cəlb etməyi lazım bilib.

Lənkəranlı gənc yaxın günlərdə okeanın o tayına yollanmalıdır. ABŞ-nin ölkəmizdəki səfirliyi onun həm səfər vizası, həm də işçi vizası almaq üçün etdiyi müraciəti müsbət cavablandırıb.

Axundzadə ora gedən gündən etibarən “Kolumbus Kru”nun əsas komandasının məşqlərinə qoşulacaq.bir müddət adaptasiya prosesi keçəndən sonra MLS-də meydana çıxması üçün adı iştirak ərizəsinə salınacaq.

Daha öncə ABŞ mediası yazırdı ki, 21 yaşlı forvard U22 təşəbbüsü çərçivəsində heyətə cəlb olunub və beynəlxalq transfer sertifikatı ilə iş vizası rəsmiləşəndən sonra komandanın iştirak ərizəsinə daxil ediləcək.

Müqavilə 2029-cu ilin iyununa qədər qüvvədə olacaq.

Klubun baş meneceri İssa Tall futbolçunun texniki keyfiyyətlərinin və işgüzarlığının komandanın oyun üslubuna uyğun gəldiyini bildirib.

O vurğulayıb ki, Nəriman Axundzadə məşqçilər korpusunun qərarı ilə bir müddət əvəzedici komandada oynayacaq.

Axundzadə 2025/26 mövsümündə Azərbaycan Premyer Liqasında 13 oyuna çıxaraq 3 qol vurub.

O, “Kolumbus Kru”nun bu il həyata keçirdiyi ən bahalı üçüncü transferidir. Bu anlaşma “Qarabağ“a 1,5 milyon avro civarında təzminat qazandırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti