"Bu, "Nyukasl"a qarşı oyun idi və hər iki qarşılaşma bizim üçün çox ağır keçdi.
Təbii ki, məğlub olduğumuz üçün şad deyiləm.
Qapımızda həddindən artıq çox qol gördük, lakin bu, bizim üçün yaxşı bir dərsdir. Belə rəqiblərlə qarşılaşmaq hər bir futbolçu üçün böyük təcrübədir".
Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Mateuş Koxalski deyib.
Polşalı kiper gələcəkdə daha yaxşı çıxış edəcəklərinə ümid etdiyini vurğulayıb:
"Ümid edirəm ki, növbəti oyunlarda daha yüksək keyfiyyət nümayiş etdirəcəyik.
Belə böyük oyunlardan sonra müəyyən qədər gərgin və əsəbi olmaq normaldır, amma əsas odur ki, biz bu sınaqdan nəticə çıxaraq".

