"Mən daha çox üzərimdə işləməli, çox öyrənməliyəm”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis bildirib ki, onun üçün məşqçilik zamanla çox çətinləşir:
“Bunun üçün şərait önəmlidir. İndi elm çox inkişaf edib. Süni intellekt dediklərimizi tərcümə edir.
Bəlkə futbola aid nə soruşsan, cavab verəcək, bizə ehtiyac olmayacaq. O qədər məşqçidən küsmüşəm, kapriz etmişəm ki..
Bu gün futbolçularım bunu edəndə başa düşürəm. Bu gün burada oturmuşamsa, o demək deyil ən yaxşı məşqçiyəm.
Dünyada o qədər yaxşı məşqçilər var. Məşqçi olmaq da, futbolçu olmaq da asan deyil. Bunun üçün istedad lazımdır.
Bu gün Messi və bəzi futbolçular 13-14 yaşlarında o qədər zəif olublar ki, heç deməzsən belə futbolçu olarlar. Yəni çox zəif olublar.
Sonradan isə dünyanın ulduz oyunçularına çevriliblər. Bizdə də belə futbolçular çoxdur. Bunun üçün texniki imkanlar mütləqdir.
Futbolun o qədər kaprizləri var. Çox şeydən danışmaq olar. İstərdim ki, futbola yaxşı investisiya qoyulsun.
"Mercedes"i pis yolda yaxşı sürə bilmərəm, "06" ilə də eyni şəkildə sürərəm. Yəni pis yolda sürsəm, onun səviyyəsinə deşəcəm.
Bizə yaxşı şərait lazımdır ki, yüksələk, irəli gedək".

