Qurban Qurbanov: “Mənim gücüm, sürətim olmasa, Avropa ilə ayaqlaşa bilmərəm”

00:50 Qarabağ 111
Qurban Qurbanov: “Mənim gücüm, sürətim olmasa, Avropa ilə ayaqlaşa bilmərəm”

“Mən məşqçilik haqqında düşünməmişdən öncə Faiq Qarayevə azarkeşlik edirdim, hətta onun bəzi hərəkətlərinə də diqqətlə fikir verirdim”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

“Futbol dünyada ən populyar idman növüdür. Əlbəttə ki, fərqli yanaşmalar var. Kollektiv idman növündə say fərqi var.

Hər bir halda mənim düşüncəmə görə məşqçi futbolda həm lider, həm də menecer olmalıdır. Sonda hər şeyə cavabdeh bizik.

Son qərarları verən həmişə baş məşqçi olub. Belə termin var ki, komanda qalib gəlibsə futbolçular, məğlub olubsa, baş məşqçi məğlub olub.

Bu terminlə razıyam. Futbolçularda inamsızlıq yaratmamlıyıq.

60-70 yaşıma qədər məşqçi olsam da, yenə öyrənməliyəm. Bu gün o qədər detallar var ki, baş məşqçi onların hər birinə nəzər yetirməlidir.

Futbolda fizika böyük rol oynayır. Mənim gücüm, sürətim olmasa, Avropa ilə ayaqlaşa bilmərəm.

Həm də mənim futbolçularımın harada, hansı şəraitdə məşq etməsi önəmlidir. Əlbəttə 10-15 il əvvəl məşq meydançalarımız yaxşı deyildi.

İlk dəfə Antalyaya təlim-məşqə gedərkən oradakı şəraiti görüb misal gətirdim”. - Qurbanov əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu