«Qarabağ»ın kapitanı Bədavi Hüseynovla yeni müqavilə imzalayacaq.
Bu barədə klubdan redaksiyamıza məlumat verilib.
Bildirilib ki, o, karyerası ilə bağlı bütün söz-söhbətlərə son qoyub. 35 yaşlı müdafiəçi butsılarını mıxdan asmaq fikrindən daşınıb.
Hüseynov ən azı daha 1 il yaşıl meydanlarda top arxasınca qaçmaq qərarınıa gəlib. 2027-cı ilin yayında isə məşqçilik həyatına atılacaq.
«Anji»nin yetirməsi 2013-cü ildən etibarən Ağdam klubunun formasını geyinir. Millimizin sabiq üzvü «köhlən atlar»ın düşərgəsinə gələnədək 2 il «Sumqayıt»ın uğurları üçün tər töküb.
Bədavinin «Qarabağ»la müqavilə müddəti bu ilin yayında başa çatacaq. Təcrübəli arxa xətt oyunçusu yekun fikrini məşqçilər korpusunun diqqətinə çatdırıb və razılıq alıb.
Hüseynov iki mövsümdür ki, burada əsas heyət üzvü sayılmır. Ötən müddətdə tez-tez zədə aldığı üçün ilk «11-lik»dəki yerini itirib.
SPORTİNFO.AZ

