Qazaxıstandan özüylə 6 məşqçini "Qarabağ"a gətirdi - FOTOLAR

01:10 Qarabağ 118
Qazaxıstandan özüylə 6 məşqçini "Qarabağ"a gətirdi - FOTOLAR

Qazaxıstanın Astana şəhərini təmsil edən SDYUŞOR-8-in direktoru Erkebulan Jomart 6 məşqçi ilə birlikdə "Qarabağ" Futbol Akademiyasında olub.

Sportinfo.az xəbər verir ki, Erkebulan Jomart və onu müşayiət edən məşqçilər səfər çərçivəsində akademiyamızın infrastrukturu, təlim-məşq prosesi və gənc futbolçuların hazırlanması istiqamətində görülən işlərlə yaxından tanış olublar.

Görüş zamanı akademiyanın fəaliyyəti, inkişaf modeli və gələcək perspektivləri barədə ətraflı məlumat təqdim olunub, həmçinin qarşılıqlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, nümayəndə heyəti Azərbaycan Əvəzedicilər Liqası çərçivəsində keçirilən "Qarabağ" – "Qəbələ" oyununda da iştirak edərək qarşılaşmanı izləyiblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti