“60-70 yaşınadək məşqçilik vəzifəsində qalsam...” - Qurban Qurbanov

20:20 Qarabağ 176
“60-70 yaşınadək məşqçilik vəzifəsində qalsam...” - Qurban Qurbanov

"Yaxşı məşqçi olmaq istəyirsənsə, ilk növbədə peşəni sevməli və məsuliyyətli olmalısan.

Bəzən yorğunluqdan şikayət edirik. Avropa futbolu daim inkişaf edir".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Məşqçilərin I Forumunda iştirak edən təcrübəli mütəxəssis işinin peşəkarı olmağın yolunu bu cür göstərib:

"Məşqçi kimi çalışmaq vaxt getdikcə çətinləşir. Daha çox keyfiyyəti artırmalıyam.

Bu işi sevirəmsə, məsuliyyəti dərk edirəmsə, daim çalışacağam. Bunun üçün şərait də önəmlidir.

Hər sahədə yeniliklər var. Futbol daim inkişaf edir. 60-70 yaşınadək məşqçilik vəzifəsində qalsam, mütləq öyrənməliyəm.

Daim inkişaf etməlisən. Baş məşqçi bütün detallara nəzər yetirməlidir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Mart 22:20 ETOPAZ 14 yaşında