“Qarabağ” bu əla oyunda möhtəşəm geridönüş etdi - VİDEO

00:30 Qarabağ 82
“Qarabağ” bu əla oyunda möhtəşəm geridönüş etdi - VİDEO

Misli Premyer Liqasında XXII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son matçında "Qarabağ" "Sabah"la qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan və 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3.

"Sabah"dan qolları Xəyal Əliyev (13), Aaron Maluda (54), Coy Lens Mikels (60) rəqib qapısından keçiriblər.

"Qarabağ"ın heyətində isə Pedro Bikalyo (73), Kevin Medina (78), Musa Qurbanlı (84) fərqləniblər.

Bu nəticədən sonra xallarının sayını 53-ə çatdıran "Sabah" turnir cədvəlinə başçılıq edir. 46 xala malik "Qarabağ" isə ikinci pillədə qərarlaşıb.

"Qarabağ" - "Sabah" 3:3

Tofiq Bəhramov adına Respublika Stadionu, 10361 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Cəmil Quliyev
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Kevin Medina, 2 (qeyri-idman hərəkəti); Mateus Silva, 82 (hakimin qərarına etiraz); Musa Qurbanlı, oyundan sonra (hakimin qərarına etiraz) // İqor Noqeyra, 23 (qeyriidman hərəkəti); Stiv Solvet, 31 (qeyri-idman hərəkəti) Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Zaur Tağızadə, 87 (qeyri-idman hərəkəti); Müşfiq Hüseynov, 90+8 (hakimin qərarına etiraz) // Valerio Zuddas, 87 (qeyri-idman hərəkəti)
Qollar: Pedro Bikalyo, 73; Kevin Medina, 79; Musa Qurbanlı, 84 // Xəyal Əliyev, 13; Aron Maluda, 54; Coy Lens Mikels, 61
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 6 dəq.

“Qarabağ”
99. Mateus Koxalski
44. Elvin Cəfərquliyev
(27. Toral Bayramov, 76)
10. Abdullah Zubir (k)
(11. Emmanuel Addai, 79)
81. Kevin Medina
8. Marko Yankoviç
(15. Leandro Andrade, 62)
2. Mateus Silva
9. Joni Montiel
18. Dani Bolt
21. Aleksey Kaşuk
(22. Musa Qurbanlı, 62)
35. Pedro Bikalyo
17. Kamilo Duran
Ehtiyat oyunçular:
97. Fabian Buntiç
89. Amin Ramazanov
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
77. Ramil Şeydayev
32. Hikmət Cəbrayılzadə
6. Kris Kuaku
24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

“Sabah”
92. Stas Pokatilov (k)
10. Aleksey İsayev
(6. Abdulax Xaybulaev, 79)
9. Xəyal Əliyev
(20. Coy Lens Mikels, 46)
21. Velko Simiç
40. İqor Noqeyra
80. Akim Zedadka
3. Stiv Solvet
27. Timoteuş Puxaç
13. İvan Lepiniça
7. Umarali Raxmonaliyev
19. Aron Maluda
(11. Kahim Parris, 79)
Ehtiyat oyunçular:
55. Nicat Mehbalıyev
12. Rauf Əyyubov
17. Tellur Mütəllimov
2. Amin Seydiyev
5. Rəhman Daşdəmirov
70. Cesse Sekidika
22. Zinedin Uld Xaled
53. Andrey Santos
83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Mart 22:20 ETOPAZ 14 yaşında