COP29

“Ona təkliflər var, Qurban Qurbanov buraxmaq istəmir”

18 May 12:40 Qarabağ 3 169
“Ona təkliflər var, Qurban Qurbanov buraxmaq istəmir”

“Qarabağ”ın legioneri Yassin Benzia karyerasını böyük liqalarda davam etdirmək istəyir.

Sportinfo/az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçiyə təkliflər var. Bu barədə “fennecfootball.com” nəşri məlumat yayıb.

Fransızların yazdığına görə, Benzianın “Qarabağ”ı tərk edəcəyi o qədər də real görünmür:

“Azərbaycan çempionu 29 yaşlı hücumameyilli yarımmüdafiəçini buraxmaq fikrində deyil. Qurban Qurbanov komandanın aparıcı üzvlərindən olan afrikalı oyunçunu buraxmaq istəmir”.

Hazırda Benzianın gələcəyi qeyri-müəyyəndir. Qarşıdakı bir neçə həftə oyunçunun gələcəyini müəyyən etmək üçün həlledici olacaq.

Yassin Benzia 2023-cü ilin yanvar ayından “Qarabağ”da çıxış edir. Əlcəzair millisinin üzvü bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"