"Qarabağ" Qətərdən təklif aldı

10 Aprel 13:40 Qarabağ 15 725
"Qarabağ" Qətərdən təklif aldı

«Qarabağ» Qətərdən yeni dəvət alıb.

Bu barədə Sportinfo.az-a Ağdam klubunun futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyev məlumat verib.

Funksioner ərəb ölkəsindən gələn təklif üzərinə səfərə çıxacaqlarını bildirib. O, mayda Qətərdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklərini söyləyib:

«Hazırda danışıqlar gedir. Bu işlərlə akademiyamızın meneceri Nail Kərimov məşğuldur.

Ola bilsin, Qətərə bir yox, bir neçə komandamız getsin. İstəyirik ki, bundan sonra belə turnirlərdə tez-tez iştirak edək.

Beynəlxalq təcrübə bizim uşaq və yeniyetmələr üçün çox vacibdir.

Bilirsiz ki, aşağı yaş qruplarımız son 1 ildə Türkiyə və Belarusda keçirilən turnirlərdə qüvvəsini sınayıb. Getdikcə bu sayı daha da artırmaq niyyətindəyik.

Son vaxtlar belə təkliflərin sayı da artıb. Çünki artıq hər yerdə «Qarabağ»ı tanıyırlar».

Digər Xəbərlər
Xəbər Lenti