COP29

“Qarabağ”lı “Braqa”dan "Sportinfo"ya ehtiyatla danışdı: “... bizə problem yaradacaqlar”

22 Fevral 20:20 Qarabağ 227
“Qarabağ”lı “Braqa”dan "Sportinfo"ya ehtiyatla danışdı: “... bizə problem yaradacaqlar”

Ölkə futbol ictimaiyyətinin ürəyi “Qarabağ”la döyünür.

Azərbaycanın beynəlxalq arenalardakı layiqli təmsilçisi tarixi hadisənin bir addımlığındadır.

Ötən həftə səfərdə “Braqa”nı 4:2 hesabı ilə məğlub edən “köhlən atlar” fevralın 22-də bu komanda ilə cavab görüşünə çıxacaq.

Avropa Liqasının pley-offuna Çempionlar Liqasının qrupundan yuvarlanan “qırmızı-ağlar”ın bu dəfə daha diqqətli olacağına şübhə yoxdur. İlk matçda yol verilən səhvlərdən çıxarılan nəticələr Bakıda rəqibin xeyrinə işləyəcək.

“Braqa”dakı oyunun ən yaxşılarından olan Marko Yankoviç Sportinfo.az-a açıqlamasında cavab görüşü haqda danışıb:

“Səfərdə ikinci qolu buraxmasaydıq, yaxşı olardı. 4:1 əla nəticəydi, amma indiki vəziyyət rəqibə ümid verir, istək yaradır.

3 topla 2 top fərqi arasında böyük fərq var. “Braqa” çox güclü komandadır.

Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıblar, təhlükəli rəqibdir. Onlara istədiklərini etmək imkanını versək, bizə problem yaradacaqlar.

Bəli, ilk oyunda qələbə qazanmışıq, lakin heç bir halda arxayınlaşmamalıyıq. Üstünlüyü düşünməməli, meydana hər şey sıfırdan başlayırmış kimi çıxacağıq”.

Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"