COP29

“Qarabağ” üçün elə bir XƏBƏR VAR Kİ... O deyil!

22 Fevral 13:00 Qarabağ 850
“Qarabağ” üçün elə bir XƏBƏR VAR Kİ...  O deyil!

“Qarabağ” səfər matçında “Braqa”nı 4:2 məğlub etməklə cavab qarşılaşması öncəsi böyük üstünlük qazandı.

Portuqaliya təmsilçisi avrokuboklarda ev komandası kimi tanınır desək yanılmarıq.

“Qırmızı-ağlar” son illər beynəlxalq arenalardan keçirdikləri görüşlərdə “Monako”, “Reyncers”, “Union Berlin”, “Hoffenhaym”, “Marsel” kimi güclü rəqiblərini məğlub edib, “Real Madrid”lə “Napoli”yə minimal hesabla uduzmuşdu.

Bu o deməkdir ki, “Qarabağ” çətini bacarıb, qalıb nisbətən rahatı etmək.

Təmsilçimizin xeyrinə olan məqamlardan biri “Braqa”nın səfər komandası kimi tanınmamasıdır. Portəgizlər avrokuboklardakı səfər görüşlərində çətinliklə üzləşir. İnanmırsınız?

2020-ci ildən bu yana “Braqa”nın rəqib meydanında məğlub olduğu komandaların adlarına nəzər salaq.

Reyncers (Şotlandiya) – Braqa 3:2

Lester (İngiltərə) – Braqa 4:0

Roma (İtaliya) – Braqa 3:1

Srvena Zvezda (Serbiya) – Braqa 2:1

Midtülland (Danimarka) – Braqa 3:2

Şerif (Moldova) – Braqa 2:0

Reyncers (Şotlandiya) – Braqa 3:1

Union Berlin – Braqa 1:0

Real Madrid – Braqa 3:0

Napoli – Braqa 2:0

“Qarabağ”ın rəqibi 2020-ci ilin fevralından bu yana avrokuboklarda 19 ev oyununa çıxıb. Bunlardan 7-də qələbə qazanıb, 2-də bərabərə qalıb, 10 halda meydanı məğlub tərk edib.

Təbii, Azərbaycan çempionu “Real Madrid”dir, nə “Napoli”, nə “Roma”, nə də “Lester”. Ancaq “Şerif”lə “Midtülland”dan, hətta “Srvenza Zvezda”dan güclüdür ki, zəif deyil.

Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Braqa” qarşılaşması saat 21:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!