COP29

Zubir təcili həyəcan təbili çaldı: “Hamı bilir ki...”

22 Fevral 10:40 Qarabağ 9 496
Zubir təcili həyəcan təbili çaldı: “Hamı bilir ki...”

“Səfərdəki qələbə bizi aldatmamalıdır.

Əsl mübarizə Bakıda olacaq”.

“Qarabağ”ın fransalı vingeri Abdullah Zubir Sportinfo.az-a açıqlamasında fevralın 15-də Avropa Liqasının pley-off mərhələsinin ilk görüşü çərçivəsində Portuqaliyada “Braqa” ilə keçirilən səfər matçı barədə danışıb.

“Munisipal” stadionunda baş tutan qarşılaşmanın yekununda təmsilçimiz 4:2 hesabı ilə qələbə qazanmaqla cavab oyunu öncəsi böyük üstünlük qazanıb.

Həmin matçda vurduğu 2 qolla yadda qalan Zubir fevralın 22-də onları gözləyən təhlükədən söz açıb:

“Məqsədimiz mərhələni adlamaqdır. Bunun üçün Respublika stadionunda diqqəti əldən verməməliyik.

Bu dəfə bizim üçün ilk oyundakından da çətin olacaq. “Braqa” qollar vurmaq üçün böyük qüvvə ilə hücuma atılacaq. Hamı bilir ki, rəqibin hücum xətti kifayət qədər güclüdür, keyfiyyətli futbolçuları var.

Üstəlik, ilk oyunu təhlil edəndən sonra yol verdikləri səhvləri aşkarlayacaqlar. Bu dəfə fərqli görünəcəklər. İstənilən halda son dərəcə diqqətli olmalı, qol imkanlarını boşa verməməliyik”.

Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Braqa” qarşılaşması saat 21:45-də başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"