"Qarabağ"ı qurtardı, ilk "5-lik"də yer aldı

1 Dekabr 2023 13:40 Qarabağ 1 229
"Qarabağ"ı qurtardı, ilk "5-lik"də yer aldı

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçıların sırasında yer alıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı qolkiper 5 qarşılaşmada 19 seyvlə yadda qalıb.

Rusiyalı oyunçu bu göstəriciyə görə Moldovanın "Şerif" komandasında çıxış edən Maksim Kovalla birlikdə 4-5-ci yerləri bölüşdürür.

Polşanın "Rakuv" klubundan Vladan Kovaçeviç (25) liderdir. Kipr təmsilçisi "Aris"in braziliyalı qapıçısı Vana (24) ikinci, Avstriyanın “Ştrum” kollektivindən Kyell Sherpen (20) üçüncüdür.

"Qarabağ" qrup mərhələsinin V turunda Norveçdə "Molde" ilə heçə-heçə edib - 2:2.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT