
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başladı.
Təmsilçimiz qrupun favoritlərindən sayılan “Molde”ni aşkar üstün futbolla 1:0 hesabı ilə məğlub etməyə nail oldu.
“Köhlən atlar” bununla da tarixi ilkə imza atdı. Belə ki, ağdamlılar indiyə qədər 10-cu dəfə iştirak etdiyi qrup mərhələlərinə qalibiyyətlə start verə bilməmişdi.
“Molde” üzərində qələbə ilkin gerçəkləşməsi ilə nəticələndi.
“Qarabağ”ın 2014-cü ildən bu yana qruplardakı startı bu cür olub:
2014-15 Qarabağ – Sent-Etyen 0:0
2015-16 Tottehhem – Qarabağ 3:1
2016-17 Qarabağ – Slovan 2:2
2017-18 Çelsi – Qarabağ 6:0
2018-19 Sportinq – Qarabağ 2:0
2019-20 Qarabağ – Sevilya 0:3
2020-21 Makkabi (Təl-Əviv) – Qarabağ 1:0
2021-22 Qarabağ – Bazel 0:0
2022-23 Frayburq – Qarabağ 2:1
HƏBİB / SPORTİNFO.AZ