COP29

"Qarabağ" ilk 5 turda niyə belə inamlı çıxış etmirdi?

19 Sentyabr 2023 23:00 Qarabağ 473
"Qarabağ" ilk 5 turda niyə belə inamlı çıxış etmirdi?

"Qarabağ" yeni mövsüm Premyer Liqada ən parlaq matçını "Sabah"a qarşı keçirdi.

90 dəqiqə meydanda dominatlıq edən ağdamlılar ələ düşən fürsətləri lazımınca dəyərləndirə bilsəydi, fərq 2:0 yox, daha böyük ola bilərdi.

Maraqlıdır, ilk 5 turda komanda niyə belə inamlı çıxış etmirdi?

Rəqiblər arasında "Sabah"la müqayisə olunmayacaq Kəpəz", "Səbail" belə vardı.

Yeganə səbəb rotasiyalardı. Çünki kollektiv məhz ilk dəfə ideala yaxın "11-lik"lə meydana çıxmışdı. Belə ki, Qurban Qurbanov əsas heyətin 9 üzvünü - Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Abdullah Zubir, Kevin Medina, Yassin Benzia, Marko Yankoviç, Julio Romao və Leandro Andradeni "Sabah"la görüşdə meydana buraxmışdı.

Əvvəlki matçlarda isə bu say ən yaxşı halda 4-ə bərabər olub.

Matçlar üzrə adları sizə təqdim edirik:

“Zirə”yə qarşı – Redon Cica.

“Turan Tovuz”a qarşı - Luka Quqeşaşvili, Toral Bayramov, Redon Cica

“Araz Naxçıvan”a qarşı – Luka Quqeşaşvili, Toral Bayramov, Redon Cica.

“Kəpəz”ə qarşı – Toral Bayramov, Yassin Benzia.

“Səbail”ə qarşı – Kevin Medina, Toral Bayramov, Redon Cica, Julio Romao.

Bu, bir daha göstərir ki, iki cəbhədə mübarizə aparmaq rəqiblər üçün əla fürsətdir.

Əks halda, ağdamlılar yenə birnəfəsə illərdi özəlləşdirdiyi birinci pillədə qərarlaşa, sonda çempion ola bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!