
“Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu turnirin pley-off mərhələsinin ilk görüşündə Sloveniyanın “Olimpiya” klubunun qonağı olacaq.
“Stojitse” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Qarşılaşmanı bolqarıstanlı hakim Georgi Kabakov idarə edəcək.
Bu komandalar arasında cavab oyunu avqustun 31-də Bakıda keçiriləcək.
24 avqust
22:00. “Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan) 0:2
Qollar: Kevin Medina, 33, Leandro Andrade, 44
Baş hakim: Georgi Kabakov
Lyublyana. “Stojitse” stadionu
Olimpiya: 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 3. David Sualehe, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 10. Timi Elşnik (k), 19. Svit Seşlar, 34. Aqustin Doffo, 99. Rui Pedro, 11. Saar Fedida, 37. Pedro Lukas
Ehtiyat oyunçular: 22. Denis Pintol, 31. Jan Maurisio, 6. Mateo Karamatiç, 8. Yustas Lasiçkas, 9. Mustafa Nukiç, 15. Marko Ristiç, 20. Nemanya Motika, 23. Dioqo Pinto, 33. Nemanya Qavriç, 43. Aylaz Krefl, 77. Aldin Yakupoviç.
Baş məşqçi: Joao Enrikes.
Qarabağ: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 19. Redon Cica
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Andrey Lunyov, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 18. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Oyuna bu link vasitəsilə də baxa bilərsiz: https://alex-foot.ru/futbol/liga-evropy/717-olimpija-karabah-prjamaja-transljacija-smotret-onlajn-24-avgusta-v-2100.html?ysclid=llphbl8d10366161396&fbclid=IwAR1SGF9o9X8bS7OyeRRpFh7wbSmvE6GG93-ZSv2kMEg0etVFuQK2vsqqiN0