“Qarabağ”da tanınan şəxs komandanın sükanı arxasından ayrıldı

26 May 19:00 Qarabağ 2 179
“Qarabağ”da tanınan şəxs komandanın sükanı arxasından ayrıldı

Ötən ilin noyabrından «Şəmkir»də çalışan Vüqar Nadirov buradan ayrılıb.

Qərb klubu ilə müqavilə bağlayana kimi «Hypers»də işləyən gənc mütəxəssis artıq Bakıya qayıdıb.

Onun yeni mövsümdə bölgəyə dönüşü az inandırıcıdır. Vaxtilə «Qarabağ»ın və millinin formasını geyinmiş sabiq hücumçunun maddi istəkləri böyüyüb.

Keçən müddətdə «Şəmkir»dən aylıq 2000 manat civarında əməkhaqqı alan Nadirov indi bundan iki dəfə artıq ödəmə tələb eləyib.

«Ağ-qırmızılar»ın əksər oyunçularına 300-500 manat maaş verməsini nəzərə alsaq, adıçəkilən sükançıya bir elə xərc çəkməsi real görünmür. Ya klub yeni sponsor tapmalı, ya da ki, o, müqavilə şərtlərində güzəştə getməlidir.

II Liqada mübarizə aparan «Şəmkir» mövsümü beşinci pillədə başa vurub.

İkiqat ölkə çempionu pley-off mərhələsinə vəsiqə uğrunda yarışmada yalnız Nadirovun keçmiş komandasından geri qalıb. 1 xal çox toplayan «Hypers» I Liqaya vəsiqə əldə etmək üçün «Difai»nin önünə çıxacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti