“Qarabağ”ın bu hücumçunu almaq fikri varmı? - SON NÖQTƏ QOYULDU!

17:45 Qarabağ 732
“Qarabağ”ın bu hücumçunu almaq fikri varmı? - SON NÖQTƏ QOYULDU!

Litva millisinin və “Vora”nın (Albaniya) hücumçusu Manfredas Ruzgis “Qarabağ”a keçəcəyi yönündə xəbərlərin ardı-arası kəsilmir.

Litva mətbuatı bu haqda növbəti məlumat yayıb.

Bildirilib ki, Ağdam klubu forvardla artıq razılıq əldə edib. Azərbaycan təmsilçisi həm Ruzgisə yaxşı maaş təklif edib, həm də onun klubuna təzminat ödəməyə hazırdır.

Tranfserin mövsüm bitdikdən sonra açıqlanacağı iddia olunur.

Albaniyanın CNA nəşri isə qeyd edib ki, bu mövsüm 32 oyuna 24 qol vuran forvardın çıxışı Ağdam klubunun diqqətini cəlb edib və hazırda transferlə bağlı danışıqlar gedir.

"Qarabağ"ın Ruzgisi yeni mövsüm üçün komandanı gücləndirəcək əsas transfer kimi gördüyü bildirilib.

O da qeyd edilib ki, "Vora" 28 yaşlı hücumçunun "Qarabağ"a satışından kifayət qədər yaxşı qazanc əldə edə bilər.

Bizim aldığımız informasiya isə yəqin ki, bu söz-söhbətlərə son qoyacaq. Belə ki, redaksiyamız "köhlən atlar"ın baltikalı legionerlə müqavilə imzalamayacağını dəqiqləşdirib.

Bu iddialar, sadəcə, bir qrup menecerin qurduğu "oyun"dur. Rizgisə yaxınlığı ilə bilinən agentlər "Qarabağ"ın adını hallandırmaqla onun qiymətini qaldırmaq məqsədi güdür.

Manferad daha əvvəl Almaniyanın aşağı liqa klublarında, Lüksemburqun yüksək liqa təmsilçisi "UNA Strassen"də də çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti