Superliqaya vəsiqə qazanan klub tanınmış hücumçunun “Qarabağ”a transferinə mane olacaq?

24 May 13:40 Qarabağ 3 444
Superliqaya vəsiqə qazanan klub tanınmış hücumçunun “Qarabağ”a transferinə mane olacaq?

“Qarabağ”ın Vensan Abubakar uğrunda mübarizədə əsas rəqibi bəlli olub.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kocaelispor” da 33 yaşlı forvardı heyətinə qatmaqda maraqlıdır.

Yenidən Superliqaya vəsiqə qazanan Kocaeli klubu hücum xəttini Kamerun millisinin üzvü ilə gücləndirmək niyyətindədir.

Lakin bu mübarizədə Azərbaycan çempionu favorit hesab olunur.

Çünki danışıqların müsbətə doğru irəlilədiyi və hazırda müqavilənin maliyyə tərəflərinin müzakirə olunduğu bildirilib. Futbolçu özü də “Qarabağ”da oynamaqda maraqlıdır.

Mayın əvvəlində “Hatayspor”dan ayrılan Vensan Abubakar azad agent statusu daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!