“Qarabağ” yenə “Neftçi”yə çata bilmədi - Özünü təkralasa da

14:25 Qarabağ 150
“Qarabağ” yenə “Neftçi”yə çata bilmədi - Özünü təkralasa da

“Qarabağ” Premyer Liqanın 2024/25 mövsümündə 28-ci qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Qurban Qurbanovun komandası sonuncu – 36-cı turda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib.

Səfərdəki üç xal Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. Bununla da “Qarabağ” mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb.

12 qat ölkə çempionu iki il əvvəl – 2022/23 mövsümündə də 28 qələbə əldə edib.

Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. “Neftçi” 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti