1,5 milyon avroya satılmış hücumçu “Qarabağ”ı istəyir

26 May 11:00 Qarabağ 5 472
1,5 milyon avroya satılmış hücumçu “Qarabağ”ı istəyir

“Sent-Etyen”in hücumçusu İbrahima Vadji Azərbaycana qayıda bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilib ki, adıçəkilən legioner Liqa 2 klubu ilə müqavilə imzalamayacaq. Çünki seneqallı forvard“Qarabağ”a qayıtmaq istəyir.

Ağdam klubu 2 il öncə 1,5 milyon avroya satdığı futbolçunu azad agent kimi heyətinə qatacaq.

İbrahima Vadji 2021-2022 mövsümündə “Qarabağ”ın heyətində 36 oyunda 20 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti