
«Qarabağ» Bəhlul Mustafazadənin müqavilə şərtlərinə yenidən baxıb.
2021-ci ildən burada çıxış edən müdafiəçinin maaşı artırılıb.
2027-ci ilədək Ağdam klubuna məxsus olacaq millinin üzvü gələn mövsüm 50 min manat çox əməkhaqqı alacaq. Onun builki qazancının 200 min manat təşkil etməsini də xatırladaq.
Bununla da həftələrdən bəri davam edən qeyri-müəyyənliyə son qoyulduğunu söyləmək mümkündür.
Azərbaycan Premyer Liqasının 32-ci turunda "Sabah"la heç-heçəyə imza atan (1:1) "Qarabağ"ın düşərgəsində yaşanan bir hadisə uzun müddət danışıldı,
12-ci çempionluğunu vaxtından əvvəl təmin edən komandanın baş məşqçisi Qurban Qurbanovun soyunub-geyinmə otağında Bəhlul Mustafazadə ilə görüşməməsini nəzərdə tuturuq.
Çalışdırıcı futbolçularını çempionluq münasibətilə təbrik eləyib və hər biri ilə görüşüb və bu zaman yalnız bir nəfərlə Bəhlulla əl sıxışmayıb.
Sosial şəbəkələrdə yayılan görüntlər böyük rezonans doğurdu, eyni zamanda, çoxsaylı söz-söhbətlər yayıldı.
SPORTİNFO.AZ